Günün kuponu – 16.01.2025

Günün kuponu – 16.01.2025

Əl İttihad Ciddə – Əl Raed 1, QOL/QOL, 3,5 ÜST

Günün kuponunda sizə öz mərcinizi yaratmağı təklif edirəm. Əl İttihad Əl Raedlə qarşılaşmada favoritdir. Əmsallar da bunu deyir. Məncə meydan sahibləri çətinlik çəkmədən qələbə qazanacaq. Lakin qonaqların da meydanı qol vurmadan tərk etməyəcəyini düşünürəm. Bu məntiqlə oyunda azı 4 qolun vurulması ehtimalı da böyükdür.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

“Qalatasaray”dan rekord

Növbəti yazı

Sürpriz kupon – 16.01.2025