Günün kuponu – 16.01.2023
“Empoli” – “Sampdoriya” 1
“Empoli” fasilədən sonra A seriyasında hər iki oyununu heç-heçə başa vurub.
“Sampdoriya” “Sassuolo”ya qalib gəlsə də, sonra çempionatın lideri “Napoli”yə uduzdu. Deyan Stankoviçin çalışdırdığı komanda 4 gün öncə kubokda “Fiorentina”ya qarşı çətin oyun keçirib – 0:1. Bu səbəbdən “Sampdoriya”lı futbolçularında yorğunluq ola bilər.
Qonaqların heyətində Tomas Rinkon cəzalıdır, zədəli futbolçular da çoxdur.
Mali – Anqola 1
Afrika Millətlər Çempionatında komandalar əsas heyətlərlə iştirak etmədiklərindən güc balansını müəyyənləşdirmək çətindir.
Anqola indiyədək Mali üzərində qələbə qazana bilməyib. Yalnız bir dəfə 4:4 hesablı heç-heçə edə biliblər.
Malinin çətinliklə də olsa, qalib gələcəyini düşünürəm.
Kamerun – Konqo 1
Kamerun turnirdən əvvəl keçirdiyi yoxlama oyunlarında Uqanda və Kot d İvuarla heç-heçə etsə də, Sudanı məğlub edə bildi.
Maraqlıdır ki, Kamerun son iki görüşdə Konqonu məğlub edə bilməyib. Amma bu dəfə “şirlər”in qalib gələcəyinə ümid edirəm.