Günün kuponu – 15.12.2025

Günün kuponu – 15.12.2025

FK TSC Baka Topola – Srvena Zvezda – 1-ci hissə 2

Ötən tur öz meydanında gözlənilmədən “Voyvodina”ya uduzan Srvena Zvezda (0:1) əzəli və əbədi rəqibi Partizandan artıq 5 xal geri qalır. Belqrad təmsilçisi üçün növbəti xal itkisi yol verilməzdir. Srvena Zvezda son 5 ildə  “TSC Baka Topola”ya qarşı oynadığı 12 matçın 10-da qalib gəlib, 2-də heç-heçə edib. Məncə, Srvena Zvezda ötən turdakı məğlubiyyətin “heyfini” bu oyunda çıxacaq. Həm ilk hissənin, həm də oyunun yekununda meydan sahibinin qalib olacağını düşünürəm.

Fənərbağça – Konyaspor – 1-ci hissə – 1

Superliqada son 2 turda heç-heçə oynayan Fənərbağça lider Qalatasaraydan 6 xal geri qalır, üstəlik, 2-ci sıranı da Trabzonspora “təhvil verib”. Azı 2-ci sıranı geri qaytarmaq üçün “sarı-lacivərdlilər” son 5 turda qələbəsiz qalan Konyasporu məğlub etməlidir. Öz meydanında bu rəqibə qarşı keçirdiyi son 4 oyunu qazanan Fənərbağçanın bu dueldə də  üstün olacağını, qələbənin əsasının isə ilk yarıda qoyulacağını təxmin edirəm.

FK Makabbi Təl Əviv – Hapoel Peta Tikva – 1

“Makabbi Təl Əviv” bu mövsüm özünə bənzəmir. Avroliqada “Ştutqart”dan ağır məğlubiyyət, ondan əvvəl isə İsrail Liqasında “Hapoel Beer Şeva”ya uduzması komandada yəqin ki, psixoloji gərginlik yaradıb. Artıq onları 1-ci yerdən 8 xal ayırır. Hapoel Peta Tikva isə son 14 ildə Makabbi Təl Əvivi məğlub edə bilməyib. Təl Əviv klubunun ehtiyacı olduğu qələbəni bu matçda qazanacağını təxmin edirəm.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

“Real Sosyedad”da ayrılıq

Növbəti yazı

Sürpriz kupon – 15.12.2025