Günün kuponu – 15.11.2025

Günün kuponu – 15.11.2025

Kastellon – Real Sosyedad B 1

İspaniya 2-ci liqasında Kastellon daha iddalıdır. Real Sosyedadın 2-ci komandası uğur qazansa belə La Liqaya vəsiqə əldə etmir. Odur ki, gənclər üçün bu yaxşı təcrübədir. Buna görə də Kastellonun evdə heç bir iddası olmayan komandanı asanlıqla məğlub edəcəyi qənaətindəyəm. Düşünürəm ki, meydan sahibləri bu fürsəti əldən verməz.

Bosniya və Hersoqovina – Rumıniya 2,5 ÜST

Dünya çempionatı şanslarını saxlamaq üçün Rumınlar mütləq qələbə qazanmalıdır. Odur ki, səfər görüşündə risk alacaqlarını düşünürəm. Bosniya isə bu şansı əldən verməz. Məncə bizi açıq oyun gözləyir və azarkeşlər bol qollu qarşılaşmanın şahidi olacaqlar. 2,5 üst seçimi məntiqli görünür.

Braziliya – Seneqal 2,5 ÜST

Bu bir yoldaşlıq oyunudur. Belə qarşılaşmalarda baş məşqçilər müxtəlif variantları yoxlayırlar. Odur ki, risk almağa dəyər. Hər iki komandanın hücum potensialını da nəzər alsaq, görüşdə azı 3 qolun vurulacağını ehtimal edə bilərik.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

Azərbaycan – Fransa matçının hakimləri bəlli oldu 

Növbəti yazı

Sürpriz kupon – 15.11.2025