Günün kuponu – 15.11.2024

Günün kuponu – 15.11.2024

Portuqaliya – Polşa – 1-ci hissənin nəticəsi – Portuqaliya

Ronaldonun komandası matçın aşkar favoritidir. Ötən tur Şotlandiya ilə sürpriz 0:0-dan sonra portuqallar çətin növbəti xal itkisinə yol versin. Fikrimcə, meydan sahibi artıq ilk hissədə qələbənin əsasını qoyacaq.

İsveçrə – Serbiya – QOL/QOL

İsveçrə millisi UEFA Millətlər Liqasında keçirdiyi 4 oyunun hər birində azı 2 qol buraxıb. A liqasında yerini qorumaq üçün Serbiya ilə onlar üçün sin şansdır. Turnir cədvəli qol vurmağı, qələbə qazanmağı tələb edir. Bunları nəzərə alaraq oyunda qarşılıqlı qollar olacağını təxmin edirəm.

San Marino – Cəbəllütariq – cüt şans x2

Cəbəllütariq yığması Millətlər Liqasında ən zəif sayılan D Liqasından “canını qurtarmağa” çox yaxındır. Bu görüşdə qazanılacaq 1 xal onları növbəti mövsümdən C Liqasına daşıyacaq. İndiyədək San Marinoya uduzmayan Cəbəllütariq millisinin ənənəni bu dəfə də davam etdirəcəyini düşünürəm.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Millimiz bir pillə irəlilədi

Növbəti yazı

Sürpriz kupon – 15.11.2024