Günün kuponu – 15.10.2024
San Marino U21 – Latviya U21 YOX/QOL
A qrupunun autsayderlərinin görüşündə çox qol gözləmirəm. San – Marino 9 oyunda cəmi 1 qol vurub, əvəzində öz qapısında 48 top görüb. Latviyalı gənclər nə qədər zəif olsa da, qol vura bilər. Amma San-Marinonun bunu bacaracağına inam azdı.
İspaniya – Serbiya 1
İlk matçda qolsuz bərabərə qalan komandalardan bu dəfə daha maraqlı futbol gözlənilir. Aşkar favorit olan meydan sahiblərinin bu rəqiblə azarkeşləri önündə xal itirəcəyi inandırıcı görünmür. Avropa çempionlarının qələbəsinə mərc edirəm.
Kosovo – Kipr 1
İkinci turda Larnakada kiprliləri 4:0 hesabı ilə darmadağın edən kosovalılar həftəsonu Litvanı da səfərdə məğlub etməyi bacardı. Komanda yaxşı formadadı və doğma arenada Kipri udacaq potensialdadı. Kosovo bu matçda xal itirsə, əsl sürpriz olar.