Günün kuponu – 15.08.2025
Liverpul – Bornmut qol aralığı 2-3
İngiltərə Premyer Liqasında yeni mövsüm başlayır. Çempionluğa namizədlərdən olan mersisaydlıların açılış matçında xal itirəcəyinə inanmaq çətindir. İlk oyunda futbolçular ideal formadan uzaq olmasına baxmayaraq azarkeşləri daha çox qolla sevindirməyə çalışır. Ona görə məhsuldar nəticəylə bağlı mərci riskli görmürəm.
FK Xirona – Rayo Valekano QOL/QOL
İspaniya La Liqasında da yeni mövsüm başlayır. Hazırlıq dönəmində əksər yoxlama matçlarında uduzan meydan sahibləri ilk turda “Rayo Valekano”nu sınağa çəkəcək. Adətən evdə inamlı təsir bağışlamayan “Xirona” rəqiblərdən xal almaqda çətinlik çəkir. Transferlərdə uğurlu olmayan komandanın ilk turda qalib gələcəyini düşünmürəm. Bu səbəbdən qol/qol seçimi üzərində dayanıram.
Vilyareal – Real Oviedo 1
La Liqaya vəsiqə qazanan “Real Oviedo” ilk turda “Vilyareal”ın qonağıdır. Müxtəlif səbəblərdən üç əsas futbolçusunun xidmətindən istifadə etməyəcək qonaqların mövsüm üçün şansları yüksək qiymətləndirilmir. İlk matçda “Vilyareal”ın evdə xal itirəcəyini fikirləşmək real deyil. Meydan sahiblərinin asanlıqla 3 xal qazanacağına pul qoyuluşu etməyi məsləhət görürəm.












