Günün kuponu – 15.07.2023
“Degerfors”- “Sirius” – cüt şans x2
İsveç yüksək liqasında autsayderlər qrupunun qonşuluğunda yer alan bu komandaların duelində heç-heçə variantlna daha çox inanıram. “Degerfors” son turda “Brommapojkarna” üzərində səfərdə sürpriz qələbə qazansa da, bu oyunda “Sirius”un uduzacağına inanmıram. Statistika da digər tərəfdən bu əminliyi artırır: “Degerfors” aralarındakı son 4 qarşılaşmada “Sirius”a qalib gələ bilməyib.
“Valerenga” – “Molde” – 1ci hissə cüt şans 12
Norveç liqası üçün bol qollu oyunlar xarakterikdir. Turnir cədvəlində tutduğu yerlərdən asılı olmayaraq. Belə matçlarda isə adətən ilk hissədə hesabdakı bərabərlik pozulur.
“VPS Vaasa” – “AC Oulu” – 1ci hissə cüt şans 12
“AC Oulu” 4-cü yerdə qərarlaşmasına baxmayaraq bu mövsüm Finlandiya liqasında 15 turdan sonra ən çox qol vuran komandadır. Həmçinin liqanın qapısından ən çox top buraxan 3 komandasından biridir. Bu statistik göstəricilərə əsaslanıb komandanın “VPS Vaasa” ilə dueldə ilk hissədə ya qol vuracağını, ya da buraxacağını təxmin edirəm.