Günün kuponu – 15.06.2022
“Əl Əhli” – “El Sharqia Dokhan” 2,5 ÜST
“Əl Əhli” bu mövsüm Misir çempionatında ən çox qol vuran 3 komandadan biridir : 16 oyuna 34 qol. Rəqibi isə qapısından elə bu sayda qol buraxmaqla ən zəif müdafiə xəttinə malik komandalardandır. Məncə, oyunun nəticəsi komandaların statistik göstəricilərinə uyğun olacaq. Ən çox qol vuran və ən çox top buraxan komandaların duelində 2,5 üst variantına güvənirəm.
El Salvador – ABŞ 2
Avropada olduğu kimi Şimali və Mərkəzi Amerika zonasında da (KONKAKAF) Millətlər Liqası turniri keçirilir. 3 komandanın yer aldığı bu qrupda El Salvador ilk 2 oyununu zəif Qrenada millisinə qarşı keçirib və 4 xal toplayıb. İndi isə onların qarşısına qrupun favoriti ABŞ çıxıb. Bu komandalar indiyədək 19 dəfə üz-üzə gəlib və El Salvador bir görüşdə belə qələbə qazanmayıb. Fikrimcə, 20-ci dueldə də onların şansı yoxdur. Hətta heç-heçəyə belə. Ona görə oyun 2 düşünürəm.
Haiti – Qayana 1
KONKAKAF Millətlər Liqasında B divizonunda 4-cü turun oyunu. Haiti qrupda 3 oyundan 7 xalla liderdir. Qayana isə 6 xalla 2-ci yerdədir. Bu duel qrupda liderlik məsələsinə böyük ölçüdə aydınlıq gətirəcək. Rəqiblə müqayisədə daha yaxşı oyunçulara malik Haitinin qalib gələcəyini düşünürəm.