Günün kuponu – 15.01.2025
Arsenal – Tottenhem – 2,5 ÜST
Bu komandalar arasındakı London derbisi adətən bol qollu keçir. Xüsusən də Arsenalın meydanında oynanılan matçlar. “Topçular” son premyer liqa matçında “Brayton”la 1:1 oynayıb, ardınca İngiltərə Liqa Kuboku və FA Cup-da 2 məğlubiyyət alıb. Məncə, Arsenal bu uğursuzluğa Tottenhemlə oyunda son qoymağa çalışacaq. Hotspurlular da möhkəm komanda olduğundan rəqibə qol sarıdan “borclu qalmayacağını” düşünürəm.
Bayern Münhen – Hoffenhaym – 1-ci hissə Bayern Münhen
Bundesliqanın lideri autsayder Hoffenhaymla görüşdə şəksiz favoritidir. Məncə, münhenlilər bu statusu doğruldacaq və artıq 1-ci hissədə qələbənin əsasını qoyacaq.
Ştutqart – Leypziq – QOL/QOL
Hər iki komandanın hücum xətti “məhsuldarlığı” ilə diqqət çəkir. Ştutqart 16 turda 30, Leypziq 28 qol vurub. Tərəflərin öz aralarındakı son 4 dueldə də qarşılıqlı qollar qeydə alınıb. Fikrimcə, bu görüşdə də hər 2 tərəf qol sevinci yaşayacaq.