Günün kuponu – 14.12.2025

Günün kuponu – 14.12.2025

Kəpəz – Qəbələ QOL/QOL

Elitada yerini qorumaq uğrunda mübarizə aparan 2 komandanın dueli Yevlaxda baş tutacaq.
“Kəpəz” Azər Bağırovun gəlişindən sonra bir qədər dirçəlib. Yaxşı oyun göstərən amma xal qazanmaqda çətinlik çəkən “Qəbələ” isə “Turan Tovuz”la duman səbəbindən təxirə salınan qarşılaşmanı nəzərə almasaq son 2 matçda “Araz Naxçıvan” və “Şəfa”nı udub. Hər iki komanda qələbə qazanmaq üçün var gücünü ortaya qoyacaq. Azər Bağırov təcrübəli Kaxaber Sxadadzeyə sürpriz edə biləcəkmi?
Sözsüz ki, komandalar ilk növbədə öz qapılarının toxunulmazlığını düşünəcək. Bununla belə, qarşılaşmadan kompromissiz mübarizə və qarşılıqlı qollar gözləyirəm.

Milan – Sassuolo 1

Komandalar arasında son oyun ötən ilin dekabrında keçirilib. “Milan” İtaliya kubokunun 1/8 finalında rəqbini 6:1 hesabı ilə darmadağın edib.
“Rossoneri” A Seriyasında liderliyini qorumaq üçün belə qarşılaşmalarda mütləq qalib gəlməlidir. Meydan sahibləri azarkeşlərin də dəstəyilə bunu bacaracaq gücdədir.

Trabzonspor – Beşiktaş QOL/QOL

“Dörd böyük”dən ikisi Trabzonda üz-üzə gələcək.
Bukmekerlər qaradənizliləri qeyri-sabit nəticələr göstərən “qara-qartal”la dueldə favorit sayır.
“Ağ-qaralar” 11 oyundur meydanı qolsuz tərk etmir.
Mənə görə bu mücadilədə qarşılıqlı qollara mərc etmək daha ağlabatandı.

Anar Şabanoğlu

İdman jurnalistikasını izləyənlər 23 ildir Anar Şabanoğlu imzası ilə tanışdır. Anar Şəban oğlu Səid 1982-ci ildə Gədəbəy şəhərində dünyaya gəlib. Gənc yaşlarından ölkənin ən populyar idman qəzeti "Futbol+"də bu sahədə fəaliyyətinə başlayıb. "İdman", "Futbol+qol" və "Sovetskiy Sport" nəşrləri ilə əməkdaşlıq edib. Ölkəmizin əksər aparıcı qəzetləri və idman saytlarında yazıları çıxıb. CBC Sport yaranandan bu telekanalda çalışıb. "Neftçi" Peşəkar Futbol Klubunun mətbuat katibi olub. 2021-ci ildə Azərbaycanda ilin idman jurnalisti seçilib

Əvvəlki yazı

“Real”ın hücumçusu “Ştutqart”ın hədəfində

Növbəti yazı

Sürpriz kupon – 14.12.2025