Günün kuponu – 14.10.2025
Andorra – Serbiya – 1-ci hissənin nəticəsi – Serbiya
3 gün əvvəl Albaniyaya uduzmaqla işini çətinə salan Serbiya Andorranı səfərdə mütləq məğlub etməlidir. Əks halda, 2-ci yerdəki Albaniya ilə xal fərqini 1-ə endirmək şansını qaçıracaq. Serblərin heyəti, potensialı Andorranı elə ilk hissədə üstələməyə imkan verir. Məncə, taym 2 variantına güvənmək olar.
Latviya – İngiltərə – qonaq komanda hər iki hissədə qalib gələcək – BƏLİ
Seçmə mərhələdə 5 oyunun hamısını qazanan İngiltərənin Latviyanı da məğlub edəcəyi şübhə doğurmur. Məncə, bir qədər riskə gedərək ingilislərin hər hissədə Latviyadan daha çox qol vuracağına mərc etmək olar.
Türkiyə – Gürcüstan – QOL/QOL
Gürcüstan bu oyunu uduzarsa, Dünya Kuboku-2026-ya vəsiqə qazanmaq perspektivinin üzərindən xətt çəkmiş olacaq. Ona görə Xvica Kvaratsxeliya və yoldaşlarının Türkiyə yığmasına qarşı bütün gücü ilə mübarizə aparacağını təxmin edirəm. Tərəflərin son 6 duelindən 5-də olduğu kimi bu matçda da qarşılıqlı qollar gözləyirəm.












