Günün kuponu – 14.09.2022
Real – Leypsiq 1
İlk turda inamlı qələbə qazanan kral klubu bu qarşılaşmanın da favoritidi. Rəqib “böyük beşlik” təmsilçisi olsa da, ən yaxşı günlərini yaşamır. “Şaxtyor”a 1:4 hesablı fiaskonun təsiri də çətin ki, belə qısa müddətdə keçə.
“Real”ın daha bir inamlı qələbə qazanmaq üçün hər cür şansı var.
Çelsi – Zalsburq 1
İlk turda gözlənilmədən Zaqrebdə məğlub olan “Çelsi”nin bu oyunda da xal itkisinə yol verəcəyi inandırıcı deyil. Düzdü, “Zalsburq” də ÇL qruplarına “Milan” kimi güclü rəqibdən xal almaqla başlayıb. Amma Londonda azarkeşlər də “zadəgənlar”ı irəli səsləyəcək. Odur ki, Premyer Liqa təmsilçisinin qələbəsi daha realdı.
Makkabi Hayfa – PSJ 2
PSJ bakılıların sevimli şəhərlərindən olan Hayfaya qrupda ikinci qələbəsini qazanmağa yollanır. Lionel Messi və yoldaşları ilk turda “Yuventus”u udub.
Bu dəfə rəqib turinlilərdən də zəifdi və parijlilər qələbə qazanmaqda çətinlik çəkməməlidi.