Günün kuponu – 14.07.2025
Tamperin İlves – Vaassan Palloseura 1
Veykkausliqada çempionluq uğrunda mübarizə aparan “İlves” ortabablardan VPS-i qəbul edəcək. Tampere təmsilçisi son matçda Avropa Liqasında Donetsk “Şaxtyor”una 0:6 hesabı ilə uduzub. Meydan sahibləri azarkeşləri önündə qitə turnirindəki biabırçı məğlubiyyətin əvəzini çıxmaq üçün var güclərini ortaya qoyacaq. Favoritin qələbəsinə mərc edirəm.
Viimsi – Tallin 1
Esiliqada 17 oyundan sonra 3-cü pillədə qərarlaşan meydan sahiblərinin 36 xalı var. Qonaqlar isə 18 matçdan 25 xal toplaya bilib və 5-ci yerdə gedir. Komandalar arasında keçirilən son 5 matçda qalib gələn “Viimsi” bu dəfə də gücünü göstərməlidi.
DFK Dainava Alitus – Panevezis X2
Ötən yay Konfrans Liqasında pley-off oynamış “Panevejis” əvvəlki əzəmətini itirib.
2023-cü ilin Litva çempionu keçən mövsüm elitadakı yerini çətinliklə qoruyub, hazırdasa 19 matçdan sonra 22 xalla 7-ci pillədədi. Amma “Daynava”nın durumu daha acınacaqlıdı. Komanda 10 xalla axırıncı yerdə qərarlaşıb. Öz aralarında keçirilən son iki oyunda qalib gələn “Panevejis” bu dəfə də favoritdi və qonaqların ən azı uduzmayacağına mərc etmək olar.












