Günün kuponu – 14.05.2025
Qroningen – Ayaks – 2
Ayaks son 3 turda cəmi 1 xal qazanıb, qapısından ümumilikdə 8 qol buraxıb. Ötən həftə öz meydanında Neymegenə 0:3 hesablı məğlubiyyət isə hamını şoka salıb. Ardıcıl 4cü oyunda da qələbə olmasa, həm liderliyi, həm də çempionluq şansını əldən verə bilərlər. Məncə, bu qədər yetər, Ayaks “Ayaks” olduğunu nəhayət, bu tur xatırlayıb adına layiq oyun göstərəcək.
PSV Eyndhoven – Heracles Almelo – 1-ci hissənin nəticəsi – PSV Eyndhoven
Son 2 turda hər xal qızıla bərabərdir. Lider Ayaksla 1 xallıq fərq var. Çempionluqdan ümidini üzməyən PSV o bir xalı aradan qaldırmaq niyyətindədir. Son 5 oyunda qalib gələn Eyndhoven klubunun bu matçda da qalib olacağına əminəm. Məncə, artıq ilk yarıda PSV qələbəni təmin edəcək.
Villareal – Leganes – 2,5 ÜST
Nəticə hər 2 komanda üçün çox vacibdir. Leqanes liqada qalmaq üçün son şanslarından istifadə edir. Villareal isə ilk “beşlik”də yer almaqla UEFA Çempionlar Liqasına can atır. Maraqlıdır ki, tərəflərin Villareal”ın meydanında keçirilən son 5 duelinin hamısında eyni hesab qeydə alınıb – 2:1. Bu dəfə də bol qollu matç olacağını təxmin edirəm.