Günün kuponu – 14.04.2025

Günün kuponu – 14.04.2025

Bornmut-Fulhem  qol/qol

UEFA Konfrans Liqasına vəsiqə qazandıran pillədən 5 xal geri qalan “Fulhem” ötən tur evdə “Liverpul”a qalib gəldi. Səfərdəki oyunun favoriti sayılan qonaqlar “Bornmut”la matçlarda çətinlik çəkirlər.  Doğma stadionda adətən meydanı qolsuz tərk etməyən “Bornmut”un bu dəfə də ənənəsinə sadiq qalacağını düşünürəm.

Atletiko-Real Valladolid  1

Yeni mövsümdə Çempionlar Liqasında iştirakını demək olar dəqiqləşdirən Madrid klubu evdə autsayderi qəbul edir. Meydan sahiblərinin favorit statusunu doğruldacağına inanıram. Bu turda qələbə “Atletiko”nu “Real”a lap yaxınlaşdıra bilər.

Napoli-Empoli  1

Meydan sahibləri lider “İnter”lə 6 xallıq fərqi artırmamaq üçün qələbə qazanmalıdı. Autsayderlərdən uzaqlaşmaq üçün qonaqlara 3 xal hava-su kimi vacibdir. Bu mənada güzəştsiz mübarizənin olacağını fikirləşirəm.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Teo Ernandesə cəlbedici təklif

Növbəti yazı

Sürpriz kupon – 14.04.2025