Günün kuponu – 14.03.2023
“Portu” – “İnter” 1
“İnter” ilk oyunda qalib gəldiyindən cavab matçında daha şanslı görünür. Lakin Portuqaliya klubu öz meydanında doğma azarkeşlər qarşısında qələbə üçün əlindən gələni edəcək. İlk matçda qırmızı vərəqə alan Otavio komandasına kömək edə bilməyəcək. “İnter” A seriyasının son turunda gözlənilmədən “Spetsiya”ya uduzdu – 1:2. Ola bilər ki, oyun əlavə vaxta getsin.
“Mançester Siti” – “Leyptsiq” 1
“Siti” bu cütdə aşkar favoritidir. Qvardiolanın komandası səfərdə 1:1 hesabı ilə bərabərə qalmışdı. “Leyptsiq” Bundesliqada son oyunda “Münhenqladbax”ın qapısından 3 cavabsız top keçirdiyindən görüşə yüksək əhval-ruhiyyədə çıxacaq. Amma istənilən halda “şəhərlilər” rəqibindən çox güclü görünür.
“Rotherham” – “Preston” QOL/QOL
“Preston” 6 oyundur uduzmur. Komanda bu 6 matçın üçünü qolsuz heç-heçə ilə başa vurub. Bu komandalar arasında son 5 oyunun dördündə qol/qol qeydə alınıb. Bu dəfə də qarşılıqlı qollar ola bilər.