Günün kuponu – 14.02.2025

Günün kuponu – 14.02.2025

Adana Demirspor – Antalyaspor 2

Adana Demirsporun tarixinin ən pis dönəmini yaşayır. Superliqadan düşəcəyi demək olar ki, dəqiqləşmiş komanda əsasən gənclərə şans verir. Adana Demirspor üçün matçlar formal xarakter daşıyır. Antalyaspor üçün isə bu görüşdə mütləq qələbə lazımdır. Zənnimcə qonaqlar Adana səfərində çətinlik çəkmədən qələbə qazanacaqlar. Üstəlik, etopaz sizə erkən uduş fürsətini də təqdim edir.

Auqsburq – Leypziq 2

Erkən uduş fürsətindən yararlana biləcəyiniz daha bir oyun Auqsburq Leypziq görüşüdür. Daha keyfiyyətli heyətə malik olan Leypziq Çempionlar liqası hədəfi üçün Auqsburq səfərində büdrəməməlidir. Məncə Auqsburqla görüşdə qonaqlar 3 xalı qazanacaqlar.

Odişa – Hyderabad 2,5 üst

Hindistan Liqasının ən çox qol buraxan komandası olan Hyderabad Odişa ilə səfər görüşündə çətin ki, varlıq göstərə bilsin. Meydan sahibləri bu görüşün favoritidir. Bu qarşılaşmanın bol qollu keçəcəyini də ehtimal etmək olar. Odur ki, 2,5 üst seçimi daha məntiqli görünür.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

Ronaldo üçün uğurlu il

Növbəti yazı

Sürpriz kupon – 14.02.2025