Günün kuponu – 14.01.2026

Günün kuponu – 14.01.2026

İnter – Leççe – 1/1

A seriyasının lideri ilə autsayderlərdən birinin dueli. İnter ötən tur Napoli ilə görüşdə xal itirdiyindən (2:2) Leççe qarşında onları yalnız qələbə qane edir. Məncə, “neradzurra” bu görüsdə qələbənin əsasını artıq ilk hissədə qoyacaq, yekun nəticədə də matçı qazanacaq.

Napoli – Parma – 1-ci hissə – 1

Napoli son 2 turu eyni hesablı bərabərliklə başa vurub (Verona və İnterlə 2:2). Çempionluq mübarizəsində geri düşməmək üçün doğma meydanda Parmaya qalib gəlmək lazımdır. Fikrimcə, neapollular ilk 45 dəqiqəni hesabda öndə bitirəcək.

Hoffenhaym – Borrusiya Münhenqladbax – QOL/QOL

Bu variantı seçməyimdə statistika böyük rol oynayıb. Təriflərin öz aralarındakı son 11 oyunun hamısında qarşılıqlı qollar qeydə alınıb.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Verner MLS yolunda

Növbəti yazı

Sürpriz kupon – 14.01.2026