Günün kuponu – 13.12.2025
Antalyaspor – Qalatasaray – 1-ci hissə – 2
Çempionlar Liqasından “Monako” məğlubiyyəti (0:1) ilə qayıdan Qalatasaray yenidən Türkiyə superliqasına köklənib. Qalatasaray Antalya təmsilçisinə qarşı keçirdiyi son 6 matçın hamısında qələbə qazanıb. Son 4 turda superliqada qələbə qazana bilməyən Antalyasporun çempionatıln liderindən xal alacağına inanmıram. Fikrimcə, Cim-Bom bu matçı qazanacaq və qələbənin əsasnı ilk hissədə qoyacaq.
Liverpul – Brayton – 2,5 ÜST
Premyer liqada son 5 oyunda 15 mümkün xaldan cəmi 5-ni qazanan Liverpul 4 gün əvvəl Çempionlar Liqasında İtaliyada İnteri məğlub etməklə (1:0) azarkeşlərini sevindirdi. Fanatlar premyer liqada da “qırmızılar”dan qələbə gözləyir. Brayton isə hazırda Liverpulla eyni xala malik olsa da, turnir cədvəlində top fərqinə görə 2 pillə yuxarıda – 8-ci yerdə qərarlaşıb. Bu üzdən Liverpul üçün çətin oyun olacağını təxmin etmək olar. Tərəflərin öz aralarındakı son 10 görüşündən 9-da qapılara azı 3 qol vurulub. Statistik “ənənə”dən çıxış edərək bu dueldə də 2,5 üst variantına mərc edirəm.
Bayer Leverkuzen – Köln – 2,5 ÜST
Leverkuzenlilər bundesliqanın son 2 oyununda uduzmaqla liderlərlərdən bir qədər uzaq düşüb. Köln isə 4 turda cəmi 2 xal qazanıb. Qələbə hər iki komanda üçün olduqca vacibdir. Bayer Leverkuzen Bavariyadan sonra bu mövsüm bundesliqada ən çox qol vuran (28 qol) 3 komandadan biridir. 13 oyuna 22 qol vuran Kölnün də hücum xətti pis təsir bağışlamır. Öz aralarındakı son 10 oyunda 8 dəfə 2,5 üst qeydə alınıb. Məncə, tərəflərin bu görüşü də bol qollu keçəcək.













