Günün kuponu – 13.11.2025

Günün kuponu – 13.11.2025

Nikaraqua – Honduras – 2

Nikaraqua yığmasının dünya çempionatına çıxmaq şansı əvvəldən də yüksək qiymətləndirilmirdi, seçmə mərhələnin arxada qalan 4 turu da bunu təsdiqlədi. Honduras isə qrup lideridir və bu görüşdə qələbə onları böyuk ehtimalla Dünya Kuboku-2026-nın final mərhələsinə yüksəldəcək. Bunun üçün digər oyunda Kosta-Rika millisinin də xal itirməsi lazımdır. Fikrimcə, Honduras tarixi şansı əldən verməyəcək və səfərdə Nikaraquaya qalib gəlməklə həm liderliyini qoruyacaq, həm də mundialin “qapısını döyəcək”.

İrlandiya – Portuqaliya – 3,5 ALT

Qələbə Portuqaliyanı mundiala çıxaracaq. İrlandiya üçün isə məğlubiyyət hər şeyin sonu deməkdir. Ona görə Ronaldo və yoldaşlarının Dublinde ciddi müqavimətlə üzləşəcəyini təxmin edirəm. Bir yoldaşlıq görüşü istisna olmaqla bu komandalar arasında rəsmi oyunlarda heç vaxt 3-dən artıq qol vurulmayib. Məncə, bu matçda da belə olacaq.

Moldova – İtaliya – qonaq hər iki hissədə qalib gələcək – bəli

Seçmə mərhələnin sonuna 2 tur qalmış İtaliya millisi hələ də qrup liderliyini Norveçdən “qoparmağa” ümid edir. Norveç bu tur böyük ehtimal öz meydanında Estoniyanı məğlub edəcək. Bu vəziyyətdə İtaliyanın Moldova səfərində qələbədən başqa yolu qalmır. 6 oyuna qapısında 26 top “görən” Moldova millisinin İtaliyanın hücumçulari qarşında davam gətirəcəyinə inanmıram. Fikrimcə, italyanlar hər iki hissədə rəqibdən daha çox qol vuracaq.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Millimiz məğlub oldu

Növbəti yazı

Sürpriz kupon – 13.11.2025