Günün kuponu – 13.10.2025
İslandiya – Fransa ÜST2.5
Dünya çempionatının seçmə mərhələsində İslandiyanın qonağı olacaq Fransa qələbə qazanmaqla adını mundialın iştirakçıları siyahısına yazdıra bilər. Güclü heyətə malik Didye Deşamın komandasında kapitan Kilian Mbappe oynamayacaq. Ulduz futbolçunun zədə aldığına görə Madridə yollandığı barədə məlumatlar yayılıb. Bu oyunda məhsuldar nəticə qeydə alınacağını proqnozlaşdırmaq olar.
Uels – Belçika QOL/QOL
Bu oyun qrupda lideri müəyyənləşdirmək baxımından önəmlidi. Aktivində 12 xalı olan Belçika səfərdə uğur qazanacağı halda birinci pilləyə yüksələ bilər. Mundiala qatılmaq üçün yaxşı şansları olan meydan sahibləri də 3 xal uğrunda mübarizə aparacaq. Bu dueldə qol/qol seçimi daha real görünür.
Şimali Makedoniya – Qazaxıstan 1
İndiyə qədər bütün matçlarda Qazaxıstan bu komandanın qapısına yol tapmayıb. Skopyedəki oyunda qələbə meydan sahiblərini vaxtından əvvəl mundiala daşıya bilər. Ötən tur səfərdə Belçikayla qolsuz bərabərliyə nail olan Şimali Makedoniya komandasının evdə qələbə qazanacağını düşünürəm.












