Günün kuponu – 14.11.2025
Finlandiya – Malta 1
Seçmə mərhələnin autsayderi Malta yığması Helsinkidə meydana çıxacaq. Son oyunda qələbə qazansa belə Finlandiyanın pley-off şansları çox aşağıdı. Hazırkı vəziyyətdə qonaqların səfərdə qol vuracağı və ya darmadağın olunacağı inandırıcı görünmür. Meydan sahiblərinin minimal hesabla qalib gələcəyinə mərc etməyi məsləhət görürəm.
Lüksemburq – Almaniya 1-ci hissə ÜST1.5
Bundestim qrupda ilk pillədə yerini qorumaq üçün qələbə qazanmalıdı. Almaniya millisinin əsas heyət olmadan belə səfərdə 3 xal əldə edəcəyi gözlənilir. Bundestimin cütün taleyini ilk 45 dəqiqədə həll edəcəyini düşünürəm. Yeri gəlmişkən bu oyunda cırtdan ölkənin komandasından təsəlli qolunu gözləmək mümkündü.
Slovakiya – Şimali İrlandiya QOL/QOL
Hər iki komandanın pley-off şansları olduğuna görə azarkeşləri güzəştsiz mübarizə gözləyir. Meydan sahiblərində 3, qonaqlarda isə 5 əsas futbolçu matçda iştirak etməyəcək. Şimali İrlandiya seçməsinin riskə gedəcəyini və son qədər mübarizə aparacağını fikirləşirəm. Bu oyun üçün qarşılıqlı qolları seçmək daha real görünür.













