Günün kuponu – 13.10.2024

Günün kuponu – 13.10.2024

Finlandiya – İngiltərə 2

İngiltərənin son oyunda öz meydanında Yunanıstana uduzması (1:2) sürpriz oldu. Fikrimcə, onlar ardıcıl xal itkisinə imkan verməyəcək. Finlandiya səfərində qələbə qazanmaq üçün ingilislərin hər cür potensialı var.

Avstriya – Norveç QOL/QOL

Tərəflərin öz aralarındakı son 3 oyununda qarşılıqlı qollar qeydə alınıb. Liderliyi ələ keçirmək üçün Avstriyaya qələbə vacibdir. Norveç millisinin də Haaland kimi “silahı” olduğunu nəzərə alsaq, qarşılıqlı qollar daha real variant kimi görünür.

Malta – Moldova Cüt şans X2

UEFA Millətlər Liqasının ən zəif divizionunda oynayan bu komandaların dueliində Moldovanı daha üstün sayıram. Moldovanlara qrup liderliyini qorumaq üçün Malta səfərində heç-heçə də kifayət edir. Məncə, onlar lazımi nəticəni qazanacaq.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Rıbakina “WTA Finals”da

Növbəti yazı

Sürpriz kupon – 13.10.2024