Günün kuponu – 13.09.2025

Günün kuponu – 13.09.2025

İmişli – Sumqayıt ALT2.5

Debütant evdə “Sumqayıt”ı qəbul edəcək. Startda 3 oyunda 4 xal toplayan İmişli təmsilçisi kifayət qədər qənaətbəxş oyun sərgiləyib. İlk turlarda məğlub olmayan gənclik şəhərinin təmsilçisi rəqiblərin səhvindən istifadə etməyi bacarıb. Evdə daha çox müdafiə olunacaq “İmişli”nin risk edəcəyinə inanmıram. Buna görə məhsuldar nəticə izləmək şansımız yüksək deyil.

Turan Tovuz – Qəbələ 1

Qələbəyə həsrət olan qonaqlar bu dəfə şansını Tovuz klubuyla sınayacaq. Tovuz stadionunda ot örtüyü dəyişdirildiyindən oyun Suraxanıda “Qarabağ”ın stadionunda baş tutacaq. İddialı Tovuz klubunun startda məğlubiyyət gözlənilməz oldu. Oyun baxımından əksər rəqibləri üstələyən “Turan”ın problemi həlledici zərbənin qeyri-dəqiq yerinə yetirilməsidi. Fikrimcə birincilərin qələbəsi realdı.

Arsenal – Nottinqem Forest 1

Ötən tur səfərdə “Liverpul”a uduzan “Arsenal” bu dəfə evdə azarkeşləri qarşısında bəraət almağa çalışacaq. Son turda “Vest Hem”ə 0-3 hesabıyla uduzan qonaqların səfərdə qələbə şanslarını yüksək qiymətləndirmirəm. “Arsenal”ın evdə çətin və minimal hesablı qələbə qazanacağını düşünürəm.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Qalyardini “Verona”da

Növbəti yazı

Sürpriz kupon – 13.09.2025