Günün kuponu – 13.09.2024
Araz Naxçıvan – Kəpəz QOL/QOL
“Kəpəz”in yeni baş məşqçisi Azər Bağırov komandasını ilk oyuna çıxaracaq. Özü də ötən mövsümün böyük hissəsini baş məşqçisi olduğu “Araz Naxçıvan” a qarşı. İlk xal və ya xalqlarını qazanmağa çalışacaq Gəncə klubunun azı 1 qol vuracağını gözləyirəm. Meydan sahibinin də autsayderə qol vurmaq ehtimalı yüksəkdir.
Bodo Qlimt – Ham-Kam QOL/QOL
Norveç liqasının hazırki lideri, “Qarabağ”ın Avropa Liqasında gələcək rəqibi olan Bodo Qlimt matçın aşkar favoritidir. 21 oyuna 49 qol vuran komandadan növbəti məhsuldar oyunu gözləməyə əsas var.
Borrusiya Dortmund – Haydenhaym QOL/QOL
Haydenhaym mövsümə əla başlayıb. Almaniya Kuboku, bundesliqa və UEFA Konfrans Liqasında keçirdiyi 5 oyunun hamısında qalib gəlib. İndi isə onları çətin Dortmund səfəri gözləyir. Borrusiyanın öz evində qol vurmaq ehtimalı çox böyükdür, Haydenhaym da əla formada. Demək, qarşılıqlı qollar real görünür.