Günün kuponu – 13.09.2023

Günün kuponu – 13.09.2023

Honduras – Qrenada – 2,5 üst

KONKAKAF zonasında Millətlər Liqasının 2-ci turunun oyunu. Honduras turnirə Yamaykaya uduzmaqla (0:1), Qrenada yığması isə 1 xalla başlayıb. Honduras bu dueldə favorit statusunu məncə, doğruldacaq. Tərəflərin öz aralarındakı əvvəlki 3 qarşılaşma kimi bu görüşündə bol qollu keçəcəyini təxmin edirəm.

Peru – Braziliya – 2

Dünya Kuboku-2026-ya vəsiqə uğrunda mübarizə ilk olaraq Cənubi Amerika zonasında başlayıb. İlk turda Boliviyanı 5:1 hesabıyla darmadağın edən Braziliya 2-ci görüşdə qələbə qazanmaq iddiasındadır. Peru millisi Braziliyaya son 48 ildə bir dəfə qalib gəlib, onun üzərindən artıq 7 il keçir. Məncə, braziliyalılar bu dəfə də Peru yığmasına şans verməyəcək.

“Bala Toun” – TNS – 2

Uels liqasının lideri səfərdə oynamasına baxmayaraq matçın favoritidir. Fikrimcə, “Bala Toun” bu görüşdə sürpriz edə bilməyəcək.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Bonucci “Yuventus”u məhkəməyə verəcək

Növbəti yazı

Sürpriz kupon – 13.09.2023