Günün kuponu – 13.07.2024
Kanada – Uruqvay 2
Kopa Amerikada 3-cü yer uğrunda görüş. Uruqvay bəxtsiz şəkildə Kolumbiya millisinə məğlub oldu, lakin bu yarışda artıq 9 qol vurub, cəmi 2 qol buraxıb. Kanada isə cəmi 2 qol vuraraq yarımfinala yüksələ bildi və burada Argentina millisinə məğlub oldu. Ümumiyyətlə, favorit göz qabağındadır, bu, Uruqvay komandasıdır.
Sapporo – Kobe 2
Yaponiya J liqada bu mövsüm yaxşı formada olan “Kobe” autsayderin qonağı olacaq. Ev sahibləri 11 xalla, turnir cədvəlində sonuncu yerdədir.
Düşünmürəm ki, “Sapporo” bu görüşdə 1 xal belə əldə etsin.
Brann – Haqesun 1
Norveç yüksək liqada 2-ci sırada qərarlaşan “Brann” 15 oyunda cəmi 3 dəfə məğlub olub. Çox yaxşı formadadırlar. Qonaqlar isə, bu mövsümü zəif keçirir. Fikrimcə, meydan sahibləri bu görüşdən çox asanlıqla qalib ayrılacaq.