Günün kuponu – 13.03.2025

Günün kuponu – 13.03.2025

Atl.Bilbao – Roma 1
UEFA Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilir. Evdə 2-1 hesablı qələbə qazanan İtaliya klubu indi İspaniyada üstünlüyü qorumağa çalışacaq. Rəsmi matçlarda heç vaxt “Roma”ya qalib gəlməyən Bilbao klubu indi mərhələ adlamağa çalışacaq. İlk oyunda ispanların rəqibdən daha üstün oyun nümayiş etdirməsi azarkeşləri ümidləndirib.

Ayntraxt – Ayaks QOL/QOL
Almaniyada “Ayntraxt”-“Ayaks” duelində cavab oyunu baş tutacaq. Səfərdə 2-1 hesablı qələbə qazanan almanlar bu dəfə evdə ¼ finala vəsiqəni rəsmiləşdirməyə çalışacaq. Hər iki tərəfdə ciddi itkilərin olduğunu nəzərə alaraq gərgin mübarizə olacağını proqnozlaşdırmaq mümkündür. Buna görə qol/qol seçimi daha real görünür.

Latsio – Viktoria Plzen 1
İtaliyada “Latsio” cavab matçına altı əsas futbolçusu olmadan çıxacaq. Məhz buna görə meydan sahiblərinin ehtiyatlı oyun nümayiş etdirəcəyi istisna deyil. “Latsio”nun favorit hesab olunduğu matçda minimal hesabla mərhələni adlayacağını düşünürəm.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Azərbaycan mövqeyini qorudu

Növbəti yazı

Sürpriz kupon – 13.03.2025