Günün kuponu – 13.02.2025
Fənərbağça – Anderlext QOL/QOL
UEFA Avropa Liqasında pley-off oyunlarına start verilir. Heyətdə çoxlu sayda itkiləri olan “Fənərbağça” evdə “Anderlext”i qəbul edəcək. İndiyə qədər heç vaxt Belçika klubuna uduzmayan sarı lacivərdlilər 2025-ci ildə məğlubiyyət acısı yaşamayıb. Mourinyonun komandasının uğurlu seriyanı davam etdirəcəyini düşünürəm. Meydan sahiblərinin xeyrinə 1X seçimini də etmək olar. Amma qol/qol üzərində dayanıram.
Ferençvaroş – Viktoria Plzen QOL/QOL
2025-ci ildə Macarıstan çempionatında qələbəyə həsrət qalan “Ferençvaroş” indi Avropa Liqasının 1/16 finalında meydana çıxacaq. Oyun baxımından xeyli geriləyən meydan sahiblərini çexlərlə matçda asan sınaq gözləmir. İlk dəfə rəsmi matçda qarşılaşacaq komandaların duelində heç-heçə olacağını proqnozlaşdırıram. Söhbət məhsuldar heç-heçədən gedir.
Midyulland – Real Sosyedad ÜST2.5
İspaniya təmsilçisinin favorit sayıldığı matçda qonaqlar heç-heçəyə ümid edəcək. Müdafiənin mərkəzində ciddi problemlərin olduğu Danimarka klubu ehtiyatlı oyun nümayiş etdirəcək. İspanların ilk matçda növbəti mərhələyə vəsiqəyə iddianı nümayiş etdirəcəklərini gözləyirəm. Ona görə ÜST2.5 seçimini riskli hesab etmirəm.