Günün kuponu – 13.01.2026
Ştutqart – Ayntraxt QOL/QOL
Bundesliqada liderlər qrupunda qərarlaşan “Ştutqart” evdə “Ayntraxt”ı qəbul edəcək. Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Ayntraxt” səfərdə stabil çıxış etmir. Cari mövsüm son 8 səfər matçında yalnız 1 qələbə qazanan qonaqların heyətlə bağlı problemləri həll olunmayıb. Batşuayi bu matçda da iştirak etməyəcək. Fikrimcə tərəflərin qol vuracağına mərc etmək daha real görünür.
Borussiya – Verder 1
Lider “Bavariya”nı izləməkdə davam edən Dortmund təmsilçisi son 3 ildə bremenlilərə uduzmayıb. Ötən tur Frankfurtda “Ayntraxt”la 3-3 oynayan meydan sahibləri indi azarkeşlərini qələbəylə sevindirməyə çalışacaq. Önəmli matçda Dortmund klubunun xal itirəcəyinə inanmıram.
Maynz – Haydenhaym ALT2.5
Bundesliqada son pillələrin sahibi güclünü müəyyənləşdirəcək. Qalib gələcək komandanın təhlükəli zonanı tərk edəcəyi real görünmür. Hər iki komandanın hücum xəttində problemlərin olduğunu nəzərə alaraq alt2.5 seçimi üzərində dayanıram.












