Günün kuponu – 13.01.2025
Monza – Fiorentina 2
A seriyasında autsayderin qonağı olacaq “Fiorentina” mütləq qələbə qazanmalıdır. İtaliya çempionatında son 4 turda 1 xala sevinən qonaqların ardıcıl xal itkisi həm rəhbərliyi, həm də azarkeşləri özündən çıxarıb. “Monza”yla matç uğursuz seriyaya son qoymaq üçün əla fürsətdir. Məncə “Fiorentina” bu şansdan istifadə edəcək.
Göztəpə – Kasımpaşa QOL/QOL
Ötən tur “Qalatasaray”a uduzan “Göztəpə” məğlubiyyətə baxmayaraq əzmkar mübarizə sərgilədi. Qonaqlar isə son 2 turda 2 xal qazanıb və müdafiədə ciddi səhvlərlə yadda qalıb. Qonaqlar cari mövsüm superliqada ən çox heç-heçə edən komandadır – 9 oyun. Buna görə məhsuldar heç-heçə qeydə alınarsa təəccüblənməyəcəm.
Konyaspor – Fənərbağça 2
Joze Mourinyonun komandası lider “Qalatasaray”dan 8 xal geri qalır. Konya təmsilçisi son 4 ildə yalnız 1 matçda sarı lacivərdliləri üstələyib. Səfərdə oynamasına rəğmən “Fənər”in bu dəfə səhvə yol verməyəcəyinə ümid edirəm.