Günün kuponu – 13.01.2023

Günün kuponu – 13.01.2023

“Napoli” – “Yuventus” QOL/QOL
“Yuve” fasilədən sonra A seriyasında hər iki oyunda qələbə qazanıb. Alleqrinin komandası artıq 37 xalla 2-ci pilləyə yüksəlib. Bu dəfə Turin klubunu Neapolda ciddi sınaq gözləyir. “Qoca Sinyora” çempionatın lideri “Napoli” ilə üz-üzə gələcək.
“Napoli” “İnter”ə uduzsa da, son oyunda səfərdə “Sampdoriya”nı məğlub edə bildi. Qonaqların heyətində zədəli futbolçuların sayı çoxdur.
Bu komandalar arasında son 3 görüşdə qarşılıqlı qollar olub.

“Kayserispor” – “Sivasspor” QOL/QOL
Kayseri təmsilçisi ardıcıl 3 matçda uduzub. Ona görə də meydan sahibləri 3 xal qazanmaq üçün əllərindən gələni edəcəklər. Sadəcə “Kayserispor” demək olar ki, Super Liqada yerini təmin edib, komandanın avrokuboklara vəsiqə qazanması da inandırıcı görünmür. Buna görə motivasiya istənilən kimi olmaya bilər.
“Sivasspor” isə 15 xalla 17-ci yeri tutur və təhlükəli zonadadır. Rıza Çalımbayın komandası bu vəziyyətdən çıxmaq üçün sona qədər mübarizə aparacaq.

Əlcəzair – Libya 1
Afrika Millətlər Kubokuna Əlcəzair – Libiya matçı ilə start verilir. Turnir Əlcəzairdə keçirildiyindən meydan sahibləri əsas favoritlərindən biri hesab olunur. Həm də Libya Afrikanın heç də güclü komandalarından biri deyil.

Elnur Məmmədli

Elnur Məmmədli 1978-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin məzunudur. 1999-cu ildən mətbuatdadır. 1999-2001-ci illərdə "Futbol+"qəzetində reportyor kimi fəaliyyət göstərib. 2005-ci ildən televiziyada işləyir. 2005-2007-ci illərdə ANS TV-də idman xəbərlərinin aparıcısı olub. 2007-2015-ci illərdə Azərbaycan Televiziyası və İdman Azərbaycan kanalında aparıcı, şərhçi kimi çalışıb. 2005-ci ildən indiyə kimi CBC Sport-da aparıcı və şərhçi kimi fəaliyyət göstərir. Dünya və Avropa çempionatlarının, Çempionlar Liqasının, milli komandamızın seçmə mərhələdəki oyunlarını şərh edib.

Əvvəlki yazı

“Bavariya” müdafiəçi alır

Növbəti yazı

Sürpriz kupon – 13.01.2023