Günün kuponu – 12.12.2024

Günün kuponu – 12.12.2024

Malmö – Qalatasaray – QOL/QOL

Qalatasaray UEFA Avropa Liqasında 5 oyunda 13 qol vurub, qapısından 9 top buraxıb. Məncə, İsveç səfərində də Cim-Bom həm qol vuracaq, həm də qapısında qol görəcək.

Elfsborq – Qarabağ – QOL/QOL

Son aylarda Qarabağın müdafiə xətti inamsız görünür. Bu səbəbdən Elfsborqun doğma meydanda qol vuracağını gözləyirəm. Həmçinin Azərbaycan çempionunun hücum xəttinə də güvənirəm. Məncə, oyunda qarşılıqlı qollar olacaq.

Petrocub – Real Betis – 2

Real Betis UEFA Konfrans Liqasının turnir cədvəlində üst sıralara qalxmaq üçün yaxşı fürsət yaxalayıb. Moldova klubu heç bir halda ispanlara problem yaradacaq gücdə deyil. Qonaqların qələbəsinə şübhəm yoxdur.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Poqba Fransa yolunda

Növbəti yazı

Sürpriz kupon – 12.12.2024