Günün kuponu – 12.10.2025

Günün kuponu – 12.10.2025

San Marino – Kipr QOL/YOX

Dünya çempionatının seçmə mərhələsi davam edir. Etopaz-ın təqdim etdiyi növbəti oyun günündə San Marino yığması Kipr futbolçularını qəbul edəcək. 6 oyunda rəqib qapısına cəmi 1 qol vuran meydan sahiblərinin xal qazanmaq şansları aşağı qiymətləndirilir. Bu dəfə də San Marinonun qol vurmayacağını düşünürəm.

Farer adaları – Çexiya ÜST2.5

Seçmə mərhələdə yaxşı oyun sərgiləyən Farer adları artıq 9 xal toplayıb və liderləri izləməkdə davam edir. Heyətin 5 əsas futbolçusunun matçda olmayacağına rəğmən qonaqların qələbə qazanacağını düşünürəm. Fikrimcə Farer adları meydanı qolsuz tərk etməyəcək.

Niderland – Finlandiya QOL/QOL

Qrup lideri Niderland dünya çempionatına vəsiqəni təmin etməyə yaxındı. Son üç oyunda meydanı qolsuz tərk etməyən finlərin səfərdə xal qazanmaq şansının olduğunu fikirləşirəm. Amma daha real görünən qol/qol seçimini etməyi məsləhət görürəm.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Ukrayna – Azərbaycan matçının hakimləri bəlli oldu

Növbəti yazı

Sürpriz kupon – 12.10.2025