Günün kuponu – 12.07.2024
“Farul” – “Unirea Slobozia” 1
Rumıniyada yeni çempionatın açılış matçında “Farul” Liqa 1-ə dönən “Unirea Slobozia”nı qəbul edəcək. Daha təcrübəli və usta meydan sahibləri favoritdi. “Farul”un azarkeşləri önündə açılış matçında uğur qazanmaq şansları yüksəkdi.
“Sarpsborq” – “Rusenborq” QOL/QOL
Məhsuldar oyun sərgiləyən hər iki komanda müdafiəsinin etibarlılığı ilə öyünə bilmir. “Sarpsborq” son 9 oyunda qol vursa da, əvəzində ardıcıl 7 görüşdə qol buraxır. “Rusenborq” isə son 7 matçda qol vurur, amma 10 qarşılaşmadır qapısının toxunulmazlığını qoruya bilmir.
Qol/Qol mərci yetərincə məntiqli görünür.
“Hermanştadt” – “Universitatya Krayova” ALT 3.5
Rəqiblər arasında son 6 oyundan cəmi birində ikidən artıq – daha dəqiqi 3 qol vurulub. Yeni çempionatdakı ilk matçlarında da komandalarından qol yağışı gözləmirəm.