Günün kuponu – 12.07.2023
HJK Helsinki – “Larne” 1-ci hissə cüt şans 12
Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin bu cütündə Finlandiya klubu favoritdir. Amma Şimali İrlandiya çempionunun da hücum potensialını dəyərləndirmək lazımdır. Bu matçda azı 2 qolun vurulacağını təxmin edirəm. Fikrimcə, fasiləyə qədər hesabdakı bərabərlik pozulacaq.
“Farul” – “Şerif” – 2,5 ALT
Əfsanəvi George Hacının baş məşqçi olduğu “Farul”un avrokubok təcrübəsi elə də çox deyil. “Şerif” isə əksinə, hər il Çempionlar Liqasında, orada mübarizəni dayandırdıqda isə digər qitə turnirlərində oynayır. Qonşu ölkə komandalarının duelində məhsuıdar oyun olacağını düşünmürəm. Ehtiyatlı futbol və yekun məncə, 2,5 alt.
“Slovan” – “Svift Hesperange” – ən çox qolun vurulduğu hissə – 2-ci hissə
Lüksemburq çempionu Slovakiya səfərindən sərfəli nəticə ilə dönmək üçün var gücünü sərf edəcək. Mümükün qədər az qol buraxmağa çalışacaqlar. “Slovan”a sürpriz də edə bilərlər. Fikrimcə, bu dueldə 2-ci hissədə 1-ci ilə müqayisədə daha çox qol vurulacaq.