Günün kuponu – 12.02.2025

Günün kuponu – 12.02.2025

Seltik – Bayern Münhen – 1-ci hissə Bayern Münhen

Bayern Münhen gözlənildiyi kimi  bu duelin favoriti sayılır. Almanlar hətta cütün taleyini ilk oyunda da həll edə bilər. Bu onların oyunun alınmasından asılıdır. Seltik hər nə qədər Çempionlar Liqası üçün təcrübəli komanda olsa da, Bayernlə müqayisəyə gəlməz. Məncə, Hari Keyn və yoldaşları Şotlandiya səfərində elə ilk hissədə qələbənin əsasını qoyacaq.

Monako – Benfika cüt şans x2

Benfikanın Monakoya qarşı uğurlu seriyası var. Portuqallar Monakoya son 20 ildə uduzmayıb. Fikrimcə, bu oyunda da Benfika azı heç-heçə edəcək.

Feyenoord – Milan – qol/qol

Milan İtaliya A seriyasında qeyri-sabit oynasa da, tipik Çempionlar Liqası komandasıdır. Çətin Rotterdam səfərində qələbə qazana bilər. Qələbə olmasa belə, Milanın azı qol vuracağını gözləyirəm. Bu mövsüm əla formada olan Feyenoord da öz meydanında italyanlara borclu qalmaz.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

“Qarabağ” Riçard Almeyda ilə vidalaşdı

Növbəti yazı

Sürpriz kupon – 12.02.2025