Günün kuponu – 12.01.2026

Günün kuponu – 12.01.2026

Yuventus – Kremonese 1

Ötən oyunda autsayder Leççe ilə xal itirən Yuventusun bu dəfə səhv etmək haqqı yoxdur. Yuve Kremonese ilə matçda mütləq qələbə qazanmalıdır. Məncə onlar bu dəfə bunu bacaracaq.

Manisa – Ümraniyespor 1

Manisa üçün çox önəmli qarşılaşmadır. Autsayderlər qrupundan qopmaq üçün bu görüşdə 3 xal çox önəmlidir. Nəzərə alsaq ki, Ümraniyespor da yaxşı günlərini yaşamır, bu mümkün görünür.

Cenoa – Kalyari 1,5 ÜST

Açıq danışsaq bu oyunda aşkar favorit yoxdur. Amma hər iki komandanın qol vurmaq potensialı böyükdür. Bunu nəzərə alaraq, sizə 1,5 üst mərcini təklif edirəm.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

Qara Qarayev U-21 millisində

Növbəti yazı

Sürpriz kupon – 12.01.2026