Günün kuponu – 11.11.2025

Günün kuponu – 11.11.2025

York Siti – Roçdeyl 2,5 ÜST

Əmsallar York Sitini şanslı görsə də bu, bir qədər riskli görünür. Roçdeyl sıradan rəqib deyil. Turnir cədvəlindəki vəziyyət də bunu deyir. Amma bu komandaların hücum futboluna üstünlük verəcəyi ehtimalını nəzərə alaraq bol qollu oyun olacağını proqnozlaşdırmaq mümkündür. Odur ki, 2,5 üst seçimi daha məntiqli görünür.

Kindia Tırqovişte – Afumats 1

Kindia üçün bu matçda qələbə çox vacibdir. Onların iddiası daha böyükdür. Üstəlik Tırqovişte təmsilçisi evdə oynayacaq. Zənnimcə, meydan sahibləri asan qələbə qazanacaqlar.

Spartans FC – Aberdin B 1

Şotlandiya Çağırış kubokunun liqa mərhələsində Spartans daha iddialı görünür. Təsadüfi deyil ki, Aberdinin gənclər komandası 5 oyuna cəmi 1 xal toplayıb. Spartans isə cəmi 1 dəfə məğlub olub. Meydan sahibləri favoritdir. Çətin ki, onlar sensasiyaya imkan versinlər.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

“Real”da ciddi itki

Növbəti yazı

Sürpriz kupon – 11.11.2025