Günün kuponu – 11.10.2025
Latviya – Andorra 1
Dünya çempionatının seçmə mərhələsində Latviya millisi Andorranı qəbul edəcək. Beş turda 4 xal qazanan meydan sahibləri evdə maksimum nəticə göstərməyə çalışacaq. Cırtdan ölkənin komandasının səfərdə xal qazanacağına inanmıram. Seçmə mərhələdə qol vurmayan Andorranın minimal hesabla məğlub olacağını düşünürəm.
Norveç – İsrail QOL/QOL
Seçmə mərhələdə lider olan Norveç evdə İsrail yığmasını sınağa çəkəcək. Maksimum nəticə göstərən Norveç millisi evdəki oyunda üstün tərəf olacaq. Dörd ay əvvəl Oslodakı stadionda İtaliyanı 3-0 hesabıyla məğlub edən norveçlilərin bu dəfə asanlıqla 3 xal qazanacağına inanmıram. Qonaqlar meydanı qolsuz tərk etməyəcək. Buna görə qol/qol seçimi üzərində dayanıram.
Bolqarıstan – Türkiyə 2
Seçmə mərhələdə qolsuz və xalsız olan Bolqarıstan aşkar autsayderdi. Son 20 ildə Türkiyə millisindən xal almayan meydan sahiblərinin sensasiya edəcəyinə ümid çox deyil. Ay-ulduzlulara qələbə hava-su kimi vacib olduğuna görə Türkiyənin qələbəsinə mərc etməyi təklif edirəm.












