Günün kuponu – 11.10.2023

Günün kuponu – 11.10.2023

Uels – Cəbəllütariq – 1×2 (1-ci hissə) – Uels
Məncə, çox düşünməyə dəyməz. Yoldaşlıq oyunu olsa belə, səviyyə fərqini nəzərə almaq lazımdır. Fikrimcə, Uels millisi ilk hissədə qələbənin əsasını qoyacaq.

“Yokohama Marinos” – “Urava” – QOL/QOL
Yaponya Liqa Kubokunda ilk yarımfinal matçı. Jey Liqada 2-ci sırada qərarlaşan “Yokohama Marinos” həm çempionluğu, həm də kuboku qazanmağı hədəfləyib. Amma “Urava” da mövsümü yaxşı keçirir. Çempionatda “Yokohama”nın ardınca 3-cü sırada qərarlaşıb. Kubokda da yarımfinalın ilk görüşündə yəqin ki, sərfəli nəticə əldə etməyə çalışacaq. Bu səbəbdən qarşılıqlı qollar gözləmək olar.

“Panevejis II” – “Şaulyay II” – 2,5 ÜST
Litvanın 1-ci liqasında oynayan bu komandaların öz aralarında keçirdiyi oyunlarda 4-dən az qol vurulmayıb. Son turlarda da vurub-buraxdıqları qolların sayı “göz oxşayır”. Ona görə bu dueldə 2,5 üst varinatına çox güvənirəm.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Türkiyə superkuboku Səudiyyə Ərəbistanında

Növbəti yazı

Sürpriz kupon – 11.10.2023