Fernandu Santuş: “Əsas problemimiz odur ki, intensiv oynaya bilmirik”
Günün kuponu – 11.08.2024
Turan – Sumqayıt Cüt şans 1X
Yeni baş məşqçi Qurban Berdiyevin Tovuz publikası önündə ilk oyunu. Təbii ki, təcrübəli məşqçi tələbkar tovuzlu fanatarla ilk görüşünün xoş xatirələrlə yadda qalması üçün komandasını oyuna lazımınca hazırlayacaq. Mövsümün ilk ev oyununda Turanın məğlub olacağına inanmıram.
Paderborn – Darmştad 2,5 ÜST
“Paderborn” 2-ci Bundesliqada yeni mövsümə qələbə ilə başlayıb. Bu oyunda davamını gətirməyə çalışacaqlar. “Darmştad” isə ilk qələbəsini qazanmaq əzmindədir. Tərəflərin öz aralarındakı son 7 oyundan 6-sı 2,5 Üstlə yekunlaşıb. Məncə, bu görüşdə də bol qol izləniləcək.
Genk – Klub Brügge 2,5 ÜST
Belçika futbolunun 2 köklü klubu yeni mövsümə uğursuz başlayıb. Hər ikisinin aktivində 2 turdan sonra cəmi 1 xal var. Tərəflərin öz aralarındakı duellər adətən bol qollu keçir. Son 17 qarşılaşmadan yalnız birində 2,5 Alt qeydə alınıb. Bu matçda da məhsuldar oyun gözləyirəm.