Günün kuponu – 11.08.2022
Rapid – Neftçi ÜST 2.5
Bizim üçün heç şübhəsiz günün ən həyəcanlı matçı Vyanada keçiriləcək.
Bakıda minimal hesabla qalib gələn “Neftçi” Avstriyada “Rapid”in qonağı olacaq. İlk oyunda hər iki komandanın yaxşı hücum potensialının olduğu göründü. Amma müdafiədə hər iki tərəfdə boşluqlar sezilirdi. Komandaların hücumameylli futbolçuları sürətli, müdafiəçiləri isə ləngdi. “Rapid” növbəti mərhələyə keçmək istəyirsə mütləq qollar vurmalıdı. Amma “Neftçi”nin də bütün oyunu müdafiədə keçirəcəyi çox da inandırıcı deyil. Bolqollu bir qarşılaşma gözləyirəm.
Konyaspor – Vaduts ÜST 2.5
“Neftçi”nin növbəti mərhələdəki potensial rəqiblərinin qarşılaşmasının da bolqollu keçəcəyini güman edirəm. İlk matçdakı heç-heçəni nəzərə alsaq meydan sahibləri hücuma atılacaq. Türkiyə təmsilçisinin istədiyinə gözəl oyun və çoxlu qolla çatmaq üçün yetərincə güclü heyəti var.
Jil Visente – Riqa 1
Ilk oyunda qalib gələ bilməyən portuqaliyalılar oyunun favoritidi. Qonaqların bura qədər gəlib çıxması özü artıq başından yuxarı tullanmaqdı.
Portuqaliya və Latviya çempionatlarını müqayisə etmək belə gülünc görünə bilər. Yeni mövsümdə Primeyradakı ilk oyununda qələbə qazanan “Jil Visente” çətin ki, şansı qaçırsın.