Günün kuponu – 11.06.2024
Azərbaycan – Qazaxıstan QOL/QOL
Baş məşqçi axtarışında olan Azərbaycan millisinin oyunu üçün proqnoz vermək asan deyil. Yığmada hazırda problemlər kifayət qədərdir. Baş məşqçi vəzifəsini müvəqqəti icra edən Arif Əsədov ciddi dəyişiklik etməkdə acizdir. Albaniyaya 1-3 hesabıyla uduzan milli komandadan fantastik mübarizə gözləməyə dəyməz. Əksər futbolçuların yorğunluğu bu görüşdə də özünü göstərəcək. Məhsuldar heç-heçə olarsa təəccüblənməyə dəyməz.
Portuqaliya – İrlandiya 1
Son yoxlama matçında Xorvatiyaya 1-2 hesabıyla uduzan Portuqaliya Avro 2024 ərəfəsində son görüşdə qələbə qazanmağa çalışacaq. 2005-ci ildən indiyə qədər İrlandiya Ronaldonun komandası üzərində qələbə qazanmağı bacarmayıb. Hazırda komandaların vəziyyətini nəzərə alaraq Portuqaliyanın minimal hesablı qələbə qazanacağını düşünürəm.
Yaponiya – Suriya Yaponiya və 3.5 ÜST
Asiya zonasında dünya çempionatının seçmə mərhələsində 6-cı tur başlayır. Qrup lideri Yaponiya evdə izləyicisi Suriyanı qəbul edəcək. Suriya komandası 5 oyunda 9 qolla yadda qalıb. Əsasən əks hücumlara ümid bağlayan suriyalılar həlledici zərbəni vurmaqda çətinlik çəkmir. Bu matçda yaponların qələbəsinə şübhə etmirəm.