Günün kuponu – 11.05.2025
Bayer Leverkuzen – Borrusiya Dortmund – 2,5 üst
Çempionluq mübarizəsində “Bayern”ə uduzan Leverkuzen klubu üçün bu oyunda nəticənin ciddi əhəmiyyəti yoxdur. Bununla belə doğma azarkeşlər qarşısında azı qol vuracaqlarına inanıram. Yeni mövsümdə avrokuboklara düşməyə can atan Borrusiya Dortmund üçün isə qələbə olduqca vacibdir. Fikrimcə, məhsuldar oyun gözləmək olar.
Barselona – Real Madrid – 1-ci hissə – 1,5 üst
Bəlkə də bu el-klassiko çempionluğun taleyini həll edəcək. Barselona qalib gələrsə sona 3 oyun qalmış “Real”la xal fərqi 8-ə yüksələcək. Bu da böyük ölçüdə çempionluq deməkdir. Realın son şansı olduğundan amansız mübarizə gedəcəyinin gözləyirəm. İlk hissədə fikrimcə, azı 2 qol vurulacaq.
Napoli – Cenoa – 1
Çempionluq şansı öz əlində olan Napoli ən yaxın izləyicisi “İnter”in liderliyə şərik olmasına imkan verməməlidir. Neapol klubu bunun üçün Cenoanı da məğlub etməlidir. Məncə, bunu bacaracaqlar.