Günün kuponu – 11.04.2025

Günün kuponu – 11.04.2025

Lans – Reyms 1

Fransa çempionatında avrokubokları hədəfləyən Lans autsayderlərdən olan reymslə görüşdə mütləq qələbə qazanmağa çalışacaq. Son 4 turda 3 qələbə qazanmış Lans bu görüşdə favoritdir. Qeyr-stabil çıxış edən Reyms çətin ki, meydan sahiblərinə müqavimət göstərə bilsin. Bu oyunda etopazın sizə təqdim etdiyi erkən uduş fürsətindən də yararlana bilərsiz.

Udineze – Milan 2

Erkən uduş fürsətindən yararlana biləcəyiniz daha bir oyun Udineze-Milan görüşüdür. 2 turdur qələbə qazana bilməyən Milan Udine səfərində uğursuzluq zolağından çıxmağa çalışacaq. Məncə bacaracaqlar. Qalan turlarda hər oyun rossonerilər üçün önəmlidir. Çünki, Milan avrokuboklardan kənarda qala bilər. Məncə qonaqlar bu görüşdə qələbə qazanaraq yüksəlişə keçəcəklər.

Valensiya – Sevilya 1X

Son iki görüşdə qələbə qazanan Valensiya bu oyunun da favritidir. Ötən turda Real Madrid üzərində qazanılmış səfər qələbəsindən sonra “yarasalar”da əhval-ruhiyyə yerindədir. Sevilya ilə görüşdə də 3 xala yaxın tərəf kimi görünürlər. Amma risk etməyərək, Valensiyanın uduzmayacağına mərc etməyinizi tövsiyə edirəm.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

Yamaldan yeni rekord

Növbəti yazı

Sürpriz kupon – 11.04.2025