Günün kuponu – 11.03.2025

Günün kuponu – 11.03.2025

Barselona – Benfika – 1

La Liqada Osasuna ilə oyunu təxirə salınan Barselona Benfika ilə Çempionlar Liqası matçı daha yaxşı hazırlaşmaq imkanı qazanıb. İlk oyunda 10 nəfərlə rəqib meydanında qalib gələn Barsa məncə, öz meydanında da Lissabon təmsilçisinə gücünü göstərəcək.

Liverpul – PSJ – 2,5 ÜST

İlk oyunda 0:1 uduzan PSJ səfərdə qələbəyə oynamağa məhkumdur. Liverpul isə rəqibin hücuma böyük qüvvə ilə atılmasından istifadə edə bilər. Hər iki komandanın hücum potensialını nəzərə alsaq, bol qollu oyun gözləmək olar.

Bayer Leverkuzen – Bayern Münhen – QOL/QOL

Leverkuzen təmsilçisinin ilk oyundakı 0:3-ün əvəzini çıxması real görünmür. Amma ən azı azarkeşlərini qol və ya qollarla sevindirə bilərlər. Bayern Münhen üçün isə qol vurmaq problem deyil. Ona görə qarşılıqlı qollar daha real variant kimi görünür.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

“Real” – dünyanın ən yaxşı klubu

Növbəti yazı

Sürpriz kupon – 11.03.2025