Günün kuponu – 11.02.2025

Günün kuponu – 11.02.2025

Krouli Taun – Stiveneyc 2,5 üst

Son sıralarda yer alan Krouli Taun qələbə qazanmaq üçün risk almalıdır. Düşünürəm ki, meydan sahibləri rəqibinə açıq futbol təklif edəcək. Bu görüşdə kimin qələbə qazanacağını təxmin etmək çətindir. Amma bizi bol qollu qarşılaşma gözlədiyinə əminəm. Odur ki, 2,5 üst seçimi daha məntiqli olar.

Brest – PSJ 2

Cütün favoriti olan PSJ bir neçə tur əvvəl Fransa çempionatında Bresti darmadağın etməyi bacarmışdı. Zənnimcə, eyni ssenari Çempionlar liqasında da yaşanacaq. Məncə PSJ əziyyət çəkmədən elə ilk oyundaca cütün taleyini həll edəcək. 

Qarabağ – Səbail 3,5 üst

Qarabağ bir neçə gün əvvəl kubok oyununda da Səbaillə qarşılaşmış, 1-0 hesablı qələbə qazanmışdı. Amma səfərdə. Bu dəfə isə Qarabağ rəqibini evdə qarşılayacaq. Nəticənin eyni olacağını güman edirəm. Qarabağ qələbə qazanacaq. Zənnimcə, fərq bu dəfə böyük olacaq. Hətta bu matçda Səbailin də qol vuracağını ehtimal edirəm. Bunu düşünsək, 3,5 üst seçimi məntiqli görünür.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

Mərdəkanda hesab açılmadı

Növbəti yazı

Sürpriz kupon – 11.02.2025