Günün kuponu – 11.01.2026

Günün kuponu – 11.01.2026

Rayo Vallekano – Malyorka QOL/QOL

Autsayderlərə yaxın mövqedə qərarlaşan komandalar 15-16-cı sıralarda dayanır. Son üç matçda qələbəyə həsrət qalan qonaqlar indi səfərdə bəraət almağa çalışacaq. Maraqlıdır ki, “Rayo Vallekano” La Liqada son 4 ev matçında 3 xal qazana bilməyib. Fikrimcə tərəflər meydanı qolsuz tərk etməyəcək.

Levante – Espanyol ÜST2.5

Cari mövsüm La Liqada 10 qələbə qazanan “Espanyol” ötən tur evdə “Barselona”ya uduzmaqla uğurlu seriyanı dayandırdı. Autsayderlər cərgəsindən çıxmayan meydan sahibləri hər oyuna ölüm-dirim matçı kimi yanaşır. Bu mənada “Espanyol”u səfərdə asan mübarizə gözləmir. Qonaqların üstün olmasına baxmayaraq məhsuldar nəticə seçimi üzərində dayanıram.

Leççe – Parma ALT2.5

Son 5 ildə “Parma” A seriyasında “Leççe” üzərində qələbə qazana bilməyib. Digər tərəfdən meydan sahibləri uğursuzluq zolağındadır. Son 3 matçda cəmi 1 xala sevinən “Leççe” vəziyyəti düzəltməyə çalışır. Hər iki komandada hücum xəttində problemləri nəzərə alaraq alt2.5 üzərindən mərc etməyi düzgün hesab edirəm.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

“Fiorentina”dan yeni transfer

Növbəti yazı

Sürpriz kupon – 11.01.2026